Gürcüstanda bakalavr və magistr pilləsi üzrə təhsilin müddəti azaldıla bilər.
Gununsesi.info “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri İrakli Kobaxidze təhsil sahəsində nəzərdə tutulan islahatların təqdimatı zamanı açıqlayıb.
O həmçinin bəzi məktəblərdə 11 illik təhsil müddətinə keçid etməyin lazım gəldiyini vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda hazırda bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistratura pilləsi üzrə isə 2 il təşkil edir. Tam orta təhsil isə 12 illikdir.













