Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ

  • By Admin08
  • 12 Sentyabr 2025 09:36

Gürcüstanın Azərbaycanla sərhəd ərazisində 3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Gununsesi.info Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:18-də Gəncədən 61 km şimalda Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.