Gürcüstanda Azərbaycan bankının törəməsinin ləğvi prosesi dayandırılıb

  • By admin
  • 06 Noyabr 2017 23:12


Azərbaycanın “Qafqaz İnkişaf Bankı”nın Gürcüstandakı törəməsi olan “Caucasus Development Bank – Georgia” ASC-nin lisenziyasının ləğv olunması prosesi dayandırılıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan Milli Bankının qərarında deyilir.

Qərara əsasən, bank qeyri-bank təşkilatına transformasiya olunub.

Xatırladaq ki, ötən il Azərbaycanda “Qafqaz İnkişaf Bankı”nın bağlanmasından sonra “Caucasus Development Bank – Georgia” ASC-nin də lisenziyasının ləğvi prosesinə başlanılmışdır.

 

Gununsesi.info