Gürcüstanda bu dəfə hökumətin istefası tələbi ilə xalq meydanlara axışdı - VİDEO

  • By admin
  • 09 Mart 2023 23:51

Gürcüstan hökumətinin kütləvi xalq etirazları nəticəsində “Xarici agentlər haqqında” qanunu geri çağırmasına baxmayaraq, gürcü xalqı  bu axşam da meydana axışıb.

Gununsesi.info-nun Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, parlament qarşısında toplaşan on minlərlə insan bu dəfə hökumətin istefasını tələb edib. Aksiya iştirakçıları növbədənkənar seçkilərin keçirilməsinə dair çağırışlar səsləndirib.

HTML tutorial

Bundan başqa Rusiya prezidenti Vladimir Putin əlehinə şüarlar da deyilib.