Gürcüstanda cinayətlərin sayı artıb

  • By admin
  • 02 Aprel 2017 20:00

3a0ba6db-c752-44a9-9b6b-6a15db327a82_292

 

Ötən il Gürcüstanda 35 997 cinayət hadisəsi qeydə alınıb. Bu da 2015-ci illə müqayisədə 2 faiz çoxdur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Statistikaya görə baş verən cinayətlərin 40,5 faizi paytaxt Tbilisidə qeydə alınıb. Cinayətlərin sayına görə, ikinci yeri Acariya tutur.

Cinayətlərin çoxu oğurluq, qarət və xüsusi mülkiyyətə qarşı qanunsuz hərəkətlərdir.

Məlumatda deyilir ki, 2016-cı ildə törədilmiş cinayətlərin 57,4 faizinin üstü açılıb. 2015-ci ildə isə törədilmiş 35096 cinayətin isə 60,7 faizinin üstü açılıb.

Qeydə alınmış cinayətlərin çoxunu da Gürcüstan vətəndaşları törədiblər. Cinayətlərin 661-i xarici ölkə vətəndaşları tərəfindən törədilib.

2016-cı ildə qeydə alınmış cinayətlərin 25 faizini Türkiyə, 16 faizini Rusiya, 15 faizini Azərbaycan, 14 faizini Ermənistan, 5 faizini İran, 4 faizini isə Özbəkistan vətəndaşları törədiblər.

 

Gununsesi.info