Gürcüstanda erməni ailəsi qətlə yetirilib

  • By admin
  • 11 İyul 2016 13:31

Close-up of a dead person's feet

 

Gürcüstanda Axalkalaki rayonunun Vaçian kəndində erməni ailə qətlə yetirilib.  Gununsesi.info “news.am”-a istinadən məlumat verir ki, ötən gün 37 yaşlı ana və 7, 16, 18 yaşlı uşaqların meyitləri yaşadıqları evdə aşkar edilib. Onların meyitləri qonşular tərəfindən tapılıb. İlkin məlumata görə, qətl bir neçə gün əvvəl baş verib.

Ana və iki qızı başlarına küt alətlə zərbə endirilərək qətlə yetirilib, oğlanı isə boğaraq öldürüblər. Evdə bütün əşyalar alt-üst edilib.

Ailə başçısı Rusiyada işləyir.

Gununsesi.info