Gürcüstanda etirazlar zamanı xəsarət alan polislərin sayı açıqlandı

Tbilisidə etiraz aksiyaları zamanı 30-dan çox polis əməkdaşı yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb. Yaralılardan bəziləri baş, göz və bədən nahiyəsindən ağır xəsarətlər alıb. Onlardan 13-ü cərrahi əməliyyat tələb edirdi. İndiyədək tibb müəssisəsində bir hüquq-mühafizə orqanının əməkdaşı qalır”, – deyənazirlikdən bildirilib.

Noyabrın 28-də Gürcüstan 2028-ci ilə qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edib. Bu barədə məlumatı respublikanın baş naziri İrakli Kobaxidze təsdiqləyib.

Bundan sonra Tbilisidə Gürcüstan parlamentinin binası qarşısına 100-dən çox insan toplaşıb. Etiraz aksiyaları Kutaisi və Batumidə də keçirilib.

 

 

Gununsesi.info