Gürcüstanda eyni vaxtda 3 zəlzələ oldu

Gürcüstanın qərbində 3 zəlzələ baş verib.

Gununsesi.info “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzinin məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, Ozurqeti və Çoxatauri yaşayış məntəqələri yaxınlığında eyni vaxtda üç zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlardan birincinin gücü 3.6, ikincinin gücü 3, üçüncünün isə 3.1 bal olub.

İtkilər və ya dağıntı barədə informasiya yoxdur.

Gununsesi.info