Gürcüstanda iğtişaşlara görə saxlanılanlar 44-ə çatıb

Gürcüstada Prezident iqamətgahına basqın etməyə cəhd göstərənlərdən daha 8 nəfəri saxlanılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze jurnalistlərə bildirib. Onun sözlərinə görə, polis oktyabrın 4-də Tbilisidə zorakılıq edən vətəndaşlarla bağlı araşdırmaları davam etdiri.

“4 oktyabr hadisələri ilə bağlı ümumilikdə 44 nəfər saxlanılıb, daha 4 nəfər isə hələ də axtarışdadır”, – Daraxvelidze bildirib.

O qeyd edib ki, zorakılıq edən şəxslərin saxlanması əməliyyat video görüntüləri və televiziya reportajlarına əsaslanır.

 

Gununsesi.info