Oktyabrın 1-də Gürcüstanın ilk beş qeyri-hökumət təşkilatı qondarma “xarici agentlərin” reyestrinə daxil edilib. Bu, Xarici Təsirdə Şəffaflıq Aktının qüvvəyə minməsindən iki ay sonra baş verdi.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Bildirilib ki, “Xarici agentlər” reyestrinə daxil olan təşkilatlar Gürcüstan Ukraynalılarının Gənclər Təşkilatı – Rassvet, Gürcüstan Fermer və Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı, Kutaisi Gənclər Evi, Xristianlar İttifaqı və Yəhudi Mədəniyyət Maarif Fondudur.
Bildirilir ki, Gürcüstanın ictimai reyestrinin saytında yalnız təşkilatların adları dərc edilib;
Qeyd edək ki, mayın 18-də prezident Salome Zurabişvili qanuna veto qoydu, lakin parlament hakim partiyanın səs çoxluğu ilə qanunu ləğv edə bildi.