Gürcüstanda insident: Məhbus özünü güllələdi

  • By admin
  • 21 Avqust 2022 11:20

Gürcüstada Psixi Sağlamlıq və Narkomaniya ilə Mübarizə Mərkəzində insident yaşanıb.

Gununsesi.info yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Məlumata əsasən, səhər saatlarında növbə dəyişimi zamanı bir nəfər məhbus penitensiar xidmət əməkdaşının silahını anidən götürüb və ona atəş açmağa başlayıb. Odlu silahdan iki dəfə açılan atəş zamanı yaralanan olmayıb. Daha sonra məhkum eyni silahla özünün başına atəş açıb.

Hadisə ilə əlaqədar hüquq mühafizə orqanı əməkdaşları dindirilib, həmçinin müşahidə kameralarına baxış keçirilib. Yaralı məhkum Qafqaz Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 342-ci maddəsinin ikinci hissəsi (sağlamlığa ciddi zərər vurmaqla nəticələnən iş fəaliyyətinə laqeyid yanaşmaq) əsasında istintaq başladılıb.

Gununsesi.info