
Avropa Parlamenti (AP) Gürcüstanda keçirilən parlament seçkilərini tənqid edib.
Gununsesi.info AP press-relizinə istinadən xəbər verir.
Bildirilir ki, İspaniya parlamentarisi Antonio Lopez-İsturiz Uayt seçkilər zamanı hökm sürən nifrət və hədə-qorxu mühitindən danışıb.
O, iddia edir ki, AP nümayəndə heyəti bir sıra seçki məntəqələrində qanun pozuntularının şahidi olub.
Bundan əlavə, səsvermədən əvvəlki dövrdə anti-Qərb ritorikasından istifadə edildiyi iddia edilir.
Bu baxımdan deputat seçkilər zamanı qeydə alınan insidentlərin araşdırılmasının vacibliyini qeyd edib.
“Seçki günü vəziyyət Gürcüstanda siyasi prosesləri ciddi şəkildə çətinləşdirəcək” – deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” partiyası qalib gəlib.
Müxalifət lideri və ölkənin eks-prezidenti Mixail Saakaşvili səsvermənin nəticələrini tanımayıb və tərəfdarlarını “böyük etirazlar” təşkil etməyə çağırıb.
Şəbnəm