Gürcüstanda kilsədən qiymətli ikona oğurlandı

Gürcüstanın şərqində, Gurcaani rayonunun Çumlaki kəndindəki qədim kilsə qarət olunub.

Gununsesi.info xəbər verir ki, oğrular çox qiymətli “Tanrı anası” (“Boqomateri”) ikonasını oğurlayıblar.

HTML tutorial

Kilsə xidmətçisi Uça Kemaşvili deyib ki, bu, birinci hal deyil. Cinayətkarlar keçən il Müqəddəs Qeorqi kilsəsindən ikona oğurlayıblar.

Gurcaani bələdiyyəsi ərazisindəki kilsələrdən ümumilikdə dörd belə qiymətli ikona oğurlanıb. Lakin bu cinayətlərə görə indiyədək heç kim saxlanılmayıb.

Oğurlanan əşyaların çox qiymətli olduğu bildirilir.

Gununsesi.info