Gürcüstanda koronavirusa yoluxanların sayı 61-ə çatdı

  • By admin
  • 23 Mart 2020 20:07

Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma halları artıb.

Gununsesiaz.info “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Qeyd edilir ki, koronavirusa yoluxanların sayı 61-ə çatıb, virusa yoluxanların 8-i tam sağalıb.

Hazırda karantində 3 320, stasionar nəzarətdə isə 235 nəfər saxlanılır.

 

 

Gununsesiaz.info