Gürcüstanda koronavirusa yoluxanların sayı 809-a çatdı

  • By admin
  • 07 İyun 2020 11:08

Gürcüstanda daha 1 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə yerli hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 809-a çatıb. Onların 674-ü sağalıb, 13-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 3 161, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır.

 

Gununsesi.org