Gürcüstanda koronavirusa yoluxanların sayı 837 nəfərə çatıb

  • By arzu
  • 12 İyun 2020 10:27

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 6 yoluxma halı qeydə alınıb.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 837 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 3213 nəfər karantində saxlanılır, 303 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Xəstəliyə yoluxanlardan 697 nəfər sağalıb, 13 nəfər isə vəfat edib.

Gununsesi.org