Gürcüstanda mədənçilər etiraz aksiyası keçiriblər

  • By admin
  • 24 Sentyabr 2019 21:32

Gürcüstanın Tkibuli şəhərində mədənçilər bu gün səhər saatlarından etibarən etiraz aksiyası keçirirlər.

Gununsesi.org xəbər verir ki, Beşə yaxın mədənçi əməkhaqqlarının ödənilməsi tələbi ilə Mindeli və Dzidziquri adına mədənlərə eniblər.

Onlar maaşları verilməyənə qədər mədənlərdən çıxmayacaqlarını bildiriblər. Gürcüstanın Həmkarlar İttifaqları Birliyinin məlumatına əsasən, mədənçilər əməkhaqqını sentyabrın 15-nə qədər almalı idilər. Mədənçilərə maaşların ödənilməməsi onların sosial vəziyyətini daha da ağırlaşdırıb.

Birlik hökuməti mədənçilərin əməkhaqlarını təcili ödəməyə çağırıb.

 

 

Gununsesi.org