Gürcüstanda hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının tərəfdarları müxalifət liderlərinə yumurta atıblar.
Gununsesi.org Rusiya mediasına istinadən xəbər verir ki, hücuma məruz qalanlar “Vahid Milli Hərəkat” və “Avropa Gürcüstanı – Azadlığa doğru hərəkət” partiyalarının rəhbərləri olublar. Müxaliflərə atılan əşyalar arasında butulkalar da olub.
İnsident Mtsxeta şəhərində icra hakimiyyəti binası qarşısında baş verib.
Gununsesi.org