Gürcüstanda narkotik satan Azərbaycan vətəndaşı saxlanılıb

  • By admin
  • 01 Dekabr 2021 12:11

Gürcüstanın paytaxtı Tbilisi və Poniçala qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılıb.

Gununsesi.info “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

HTML tutorial

Saxlanılan şəxslərdən biri 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır.

İstintaqla təqsirləndirilən şəxslərin sistematik olaraq vətəndaşlara heroin və digər narkotik vasitələr satdığı müəyyən olunub.

Onları 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.

Gununsesi.info