Gürcüstanda nazirin çıxışına parlamentdə imkan verilmədi – İclas yarımçıq dayandırıldı

  • By admin
  • 18 İyul 2021 16:21

Daxili İşlər Naziri Vaxtanq Qomelaurinin parlamentdə plenar iclasında çıxışa başlamasından bir neçə saniyə sonra media nümayəndələri və bir neçə millət vəkilinin müdaxiləsi ilə dayandırılıb.

 

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Naziri tribunada çıxışında ilk öncə “TV Pirveli”nin vəfat etmiş operatorunun ailəsinə başsağlığı verməyə başlayan zaman, müxalifət deputatlar və media nümayəndələri əllərində plakatlarla tribunanın önünə toplaşıblar.

 

Afişalarda bir tərəfdə Lekso Laşkaravanın şəkilləri, digər tərəfdə isə İrakli Qaribaşvili istefa versin şuarları və şəkilləri yer alıb. Bundan əlavə, media təmsilçiləri plenar iclas zamanı müxalifətə ünvanlanan “Siyasi məsuliyyəti öz üzərinizə götürün” yazısı ilə bir baner açıblar.

 

Baş verənlərdən sonra plenar iclas təxirə salınıb və məclis sədri iclasda texniki fasilə elan edib.