Gürcüstanda pandemiyanın 7-ci dalğası başladı

  • By admin
  • 08 İyul 2022 13:47

Gürcüstanda COVİD19 pandemiyasının yeddinci dalğası başlayıb.

Gununsesi.info xəbər verir ki, bunu gürcüstanlı tibb üzrə ekspert Vato Surquladze deyib.

Onun sözlərinə görə, epidemiya bu cür davam edərsə, avqustda vəziyyət daha ağır olacaq.

Mütəxəssis bildirib ki, dövlət yenidən pandemiyanın növbəti dalğasına hazır deyil.

“Sentyabrda yoluxma ilə bağlı böyük partlayış olacaq. Yenidən çox sayda insanın ölümünə mane olmaq üçün dövlət qətiyyən heç nə etmir”,- deyə Vato Surquladze qeyd edib.

Xatırladaq ki, ötən gün Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze qapalı məkanlarda maskaların taxılması tövsiyəsi ilə çıxış edib.

O, həmçinin vətəndaşları vaksinin dördüncü buster dozasını qəbul etməyə çağırıb.

Baş epidemioloq diqqətə çatdırıb ki, bu, payızda gözlənilən böyük koronavirus epidemiyasının qarşısını alacaq vasitələrdən biri olacaq.

Gununsesi.info