Gürcüstanın Tsalka bölgəsində texniki xidmət qatarı aşıb.
Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, hadisə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində baş verib.
Qatarın relsdən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Məlumata görə, onların hamısı Azərbaycan vətəndaşıdır.
Qeyd olunur ki, ölən şəxs Salyan rayon sakini, maşinist köməçisi 40 yaşlı Sadıqov Ruslan Ramiz oğludur.
Faktla əlaqədar cinayət işi açılıb.
Gununsesi.info