
Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanuna etirazlara görə “qırmızı təhlükəsizlik” səviyyəsi tətbiq edib.
Gununsesi.info xəbər verir ki, bu haqda ölkənin qanunverici orqanı bəyanat yayıb.
“Parlament binasında saat 17:00-dan “qırmızı təhlükəsizlik” səviyyəsi tətbiq edilib. Mayın 14-də Gürcüstan parlamentinə təhlükənin xüsusiyyətləri nəzərə alınaraq parlament aparatının rəhbərinin zəruri hesab etdiyi şəxslər istisna olmaqla heç kim buraxılmayacaq”, – bəyanatında deyilir.
Gununsesi.info