Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, Sona Rəhimovanın vurduğu qol sayəsində yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Anar
Gununsesi.info