Gürcüstanda rekord yoluxma: Ordu hazır vəziyyətə gətirildi

  • By admin
  • 17 Avqust 2021 19:20

Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayında rekord qeydə alınıb – 6 208 nəfər.

TASS respublikanın hərbi idarəsinə istinadən məlumat verir ki, hökumət koronavirusla mübarizə səylərini dəstəkləmək üçün ölkənin Müdafiə Nazirliyinin resurslarını səfərbər edib.

Hərbçilər Tbilisinin iki rayonunda (Diqomi və Samqori) səhra xəstəxanaları quraşdırıblar.

Qeyd edək ki, avqustun 10-da Gürcüstanda gündəlik ölüm sayında rekord qeydə alınıb – 54 nəfər.

Ölkədə 245 207 nəfər (əhalinin 6,58 %-i) peyvəndin hər iki dozasını vurdurub.

Gununsesi.info