Gürcüstanda Stalinə heykəl qoyuldu

  • By admin
  • 20 Fevral 2022 09:13

Gürcüstanın Qori bələdiyyəsinin Variani kəndində sovet diktatoru İosif Stalinin heykəli ucaldılıb.

Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, heykəlin ucaldılmasının təşəbbüskarı bilinmir və bunun üçün hansı orqan tərəfindən icazənin verildiyi hələlik məlum deyil.

Yerli sakinlərin sözlərinə görə, Stalinin heykəli onların təşəbbüsü əsasında hazırlanıb. Onlar abidə ətrafında parkın yaradılmasını da planlayırlar.

Qeyd edək ki, faktla bağlı Qori meriyası hələ heç bir açıqlama verməyib.

Gununsesi.info