“Gürcüstanda təbii qazın tarifi dəyişməyəcək” - NAZİR MÜAVİNİ

  • By admin
  • 24 Sentyabr 2019 19:45
“Gürcüstanda təbii qazın tarifi dəyişməyəcək”.
Gununsesi.org xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini David Tvalabeişvili bildirib.
Onun sözlərinə görə, tarifin dəyişməz saxlanılması üçün resurslar var: “Hesab edirik ki, subsidiya olmadan belə biz qazın qiymətini eyni səviyyədə saxlaya biləcəyik. Qiymətin artacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Gununsesi.org