Gürcüstanın qərbindəki Baqdati rayonunun Nergeti kəndində torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb, daha 5 nəfər itkin düşmüş hesab olunur.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Gürcüstan mətbuatına Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvili məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət zonasına 200-dən çox xilasedici və yanğınsöndürən və onlarla xüsusi texnika cəlb olunub.
Mqebrişvili sürüşmənin çərşənbə günü gecə baş verdiyinə aydınlıq gətirib.
“Kəndin 70%-i torpaqla örtülüb”, – deyə məmur bildirib.
Sürüşməyə güclü yağış səbəb olub.
Gununsesi.info