Gürcüstanda yoluxma sayı yenidən artır

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb.

Gununsesi.info xəbər verir ki, son sutka ərzində ölkədə 2415 nəfər koronavirusa yoluxub, 943 nəfər müalicə olunaraq sağalıb, 26 pasiyent isə dünyasını dəyişib.

HTML tutorial

Qeyd edək ki, Gürcüstanda indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 393 min 360 nəfərə çatıb. Onların 368 min 73-ü sağalıb, 5618 nəfər pandemiyanın qurbanı olub.

Hazırda ölkədə 19 min 643 aktiv koronavirus xəstəsi var.