Gürcüstanda zəlzələ oldu

  • By ilhame
  • 24 Sentyabr 2023 12:40

Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info  xəbər verir ki, bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Hadisə yerli vaxtla saat 08:00-da qeydə alınıb.

Zəlzələnin episentrinin paytaxt Tbilisidən 4 kilometr aralıda yerləşən Lelubani kəndi olduğu bildirilib.

Həmçinin, zəlzələ Tbilisidə də hiss olunub.

 

Gununsesi.info