Azərbaycan-Gürcüstan sərhəddində zəlzələ baş verib. Gununsesi.info Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi internet saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən yerli vaxtla 14:14:03- də Qazaxdan 94 km şimal-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində – Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarında, Gəncə şəhərində 3 baldan artıq hiss olunub.
Yeraltı təkanların maqnitudası 5.2, dərinliyi 13 km olub.
Gununsesi.info