Gürcüstandakı torpaq sürüşməsində ölənlərin sayı artıb

  • By ilhame
  • 08 Fevral 2024 19:16

Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşməsində həyatını itirənlərin sayı 11-ə çatıb.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

 

Açıqlamada İmereti bölgəsinin Bağdati Bələdiyyəsinin Nergeeti kəndində 200 nəfərlik axtarış-xilasetmə qrupunun işi nəticəsində 9 nəfərin cansız cəsədinin çıxarıldığı və torpaq altında qalanların hamısının tapıldığı üçün axtarışların sona çatdığı qeyd olunub.

Gununsesi.info