Gürcüstandan gələn azərbaycanlının 70 mobil telefonu müsadirə olundu

  • By admin
  • 29 Noyabr 2017 10:24

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Bu barədə Gununsesi.info-ya DGK-dan məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol “qanadlarda” gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info