Gürcüstandan psixotrop maddələr gətirənlərin birinə 3 il həbs, DİGƏRİ İSƏ 1000 MANAT CƏRİMƏ OLUNDU

  • By admin
  • 06 Mart 2018 14:54

Gürcüstandan psixotrop maddələr gətirməkdə təqsirləndirilən şəxslərə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Gununsesi.info xəbər verir ki, hökmə əsasən, Şahin Qurbanov 3 il azadlıqdan məhrum edilib, Cavidan Hüseynov isə1000 manat cərimələnib.

Şahin Qurbanov istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi. Hökmün elanından sonra o, məhkəmə zalında həbs olunub.

İttihama görə, təqsirləndirilən şəxslər  Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatları gətiriblər. Onların saxlanması üçün əməliyyatı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizəİdarəsinin əməkdaşları keçirib.

Saxlanılan şəxslərin üzərlərindən və yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan “Rivotril”, “Ksanaks”, “Tramadol”, “Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatlarının aşkar olunaraq götürüldüyü bildirilir.

Gülər

Gununsesi.info