Gürcüstan Avropa İttifaqından idxal edilən avtomobillərin Rusiyaya ixracına, reeksportuna və ya tranzitinə qadağa qoyub.
Gununsesi.info xəbər verir ki, sentyabrın 26-dan Avropadan gətirilən avtomobillərin Rusiyaya ixracına, reeksportuna və ya tranzitinə qadağa tətbiq olunacaq.
Qadağa mühərrikinin həcmi 1,9 kubmetrdən çox olan avtomobillərə şamil edilir. Qadağa hibrid avtomobillərə və elektromobillərə də aiddir. Məhdudiyyətlər Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 11-ci sanksiyalar paketinə görə qüvvəyə minib.
ABŞ istehsalı olan avtomobillərin Rusiyaya ixracına və təkrar ixracına qoyulan məhdudiyyət avqustun 1-dən qüvvəyə minib.
Səid Əhmədli
Gununsesi.info