Gürcüstandan ruslara qadağa

Gürcüstan parlamentinə Rusiya vətəndaşlarına yaşayış icazəsinin verilməsinin 2024-cü ilin sonuna qədər dayandırmaq üçün qanun layihəsi təqdim edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Avrooptimistlər” müxalifət qrupunun üzvü Roman Qotsiridze bildirib.

O qeyd edib ki, Ukrayna ilə müharibə başlayandan sonra ruslar yaşayış icazəsi almaq üçün kütləvi şəkildə Gürcüstana köçməyə və burada daşınmaz əmlak əldə etməyə başlayıblar. Bu da qiymətlərin artmasına eyni zamanda sakinlərin mənzil alması və kirayəsi ilə bağlı problemlərə gətirib çıxarıb.

“Gürcüstandakı ağır sosial-iqtisadi vəziyyətə görə son vaxtlar Gürcüstan vətəndaşlarının kütləvi axını müşahidə olunur və buna cavab olaraq çoxlu sayda Rusiya vətəndaşı ölkəyə daxil olur”.

Qotsiridzenin sözlərinə görə, müharibənin il yarımı ərzində ruslar Gürcüstanda 10 min mənzil alıblar ki, bu da onların respublikada uzun müddət yaşamalarının göstəricisidir. O qeyd edib ki, əksəriyyətinin “əhəmiyyətli maliyyə resursları var” ki, bu da onlara “digər daşınmaz əmlak növləri” əldə etməyə, həmçinin burada biznes qurmağa imkan verir.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili müharibədən və səfərbərlikdən respublikaya qaçan rusların ölkə üçün təhlükə yaratdığını bildirmişdir.

“Biz heç bir sayda rusun kim olduqlarını bilmədən Gürcüstan ərazisinə girməsinə icazə verə bilmərik”.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə 2022-ci ildə doqquz ay ərzində Gürcüstana 112 733 Rusiya vətəndaşı gəlib. 3300 nəfər isə Gürcüstan vətəndaşlığı alıb.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info