Avropa İttifaqı (Aİ) Gürcüstandan Ukraynaya muzdluların göndərilməsini təşkil etməyi və Rusiya əleyhinə sanksiyalar tətbiq etməyi tələb edib.
Gununsesi.infoxəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
O, Vahid Milli Hərəkat (VHM) partiyasının və müxalifətin ölkə hakimiyyətini Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etməyə çağırdığına aydınlıq gətirib.
Onun sözlərinə görə, hakim “Gürcü arzusu” partiyası bu cür tələbləri rədd edib və bunu belə hərəkətlərin münaqişəyə cəlb olunmağa bərabər olması ilə izah edib.
“Milli Hərəkatla birlikdə əcnəbilər bizə dedilər ki, biz sanksiyalar tətbiq etməli, muzdlu əsgərləri Ukraynaya göndərməliydik və s. Bunu avropalılar da bizə dedilər”, -deyə Papuaşvili bildirib.
İyulun sonunda Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukraynada münaqişənin 2025-ci ildə bitəcəyini etiraf edib.
Onun sözlərinə görə, münaqişənin başa çatması Gürcüstanla ABŞ arasında münasibətlərin yenidən qurulmasında əsas amil olacaq.
Şəbnəm
Gununsesi.info