Gürcüstanı qarışdıran teleaparıcı Tbilisini tərk etdi

  • By admin
  • 01 Aprel 2021 10:49

Məşhur rusiyalı jurnalist Vladimir Pozner Tbilisini tərk edib.

Gununsesi.info Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ad gününü keçirmək üçün Tbilisiyə gələn jurnalist kütləvi etirazlarla üzləşib. Etirazçılar Abxaziya və Cənubi Osetiyanı Gürcüstan ərazisi saymayan Poznerin Tbilisidə istirahət etmək hüququnun olmadığını bildiriblər. Ötən gecə onlar jurnalistin qaldığı mehmanxananı yumurta atəşinə tutublar.

Vladimir Poznerin aprelin 3-nə qədər şəhərdə qalmağı planlaşdırdığı lakin etirazlar fonunda bu gün səhər şəhəri tərk etdiyi açıqlanıb.

Gununsesi.info