Gürcüstanın ədliyyə nazirindən Saakaşviliyə maraqlı TƏKLİF

  • By admin
  • 18 Dekabr 2021 13:50

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın ədliyyə naziri Rati Breqadze sabiq prezident Mixail Saakaşviliyə məhkəməyə müraciət etməyi təklif edib.

“Bu ölkədə hamı bərabərdir və biz həmişə bu prinsipin keşiyindəyik… Heç kim öz keçmiş statusundan istifadə edə bilməz”, – deyə nazir sabiq dövlət başçısının həbsxana rəhbərliyi tərəfindən hüquqlarının pozulduğu barədə vəkillərin bəyanatlarına cavab verib.

HTML tutorial

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti hazırda 50 günlük aclıq aksiyasından sonra müalicə üçün köçürüldüyü Qori hərbi hospitalındadır.

Nazirin sözlərinə görə, vəziyyətinin stabilləşməsi ilə bağlı tibbi rəy olan kimi Saakaşvili həbsxanaya qaytarılacaq.

Gununsesi.info