Gürcüstanın əsas müxalifət partiyası parlamentə daxil olmağa QƏRAR VERDİ

  • By admin
  • 30 May 2021 21:21

Gürcüstanın ana müxalifət “Vahid Milli Hərəkat” Partiyası parlamentə daxil olması barədə qərar verib.

Gununsesi.info yerli mətbuata istinadla xəbər verir ki, bu barədə qərar partiyanın Siyasi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.

“VMH” sədri Nika Meliya bildirib ki, partiya parlament seçkilərində əldə etdiyi mandatlardan istifadə etməyə qərar verib və bu, ən doğru qərardır.

Xatırladaq ki, müxalif partiya ötən ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımayaraq, qazandığı 30-dan çox deputat mandatından imtina etmişdi.

Gununsesi.info