Gürcüstanın 20 ildir axtardığı şəxs “Qırmızı körpü”də tutuldu

  • By admin
  • 17 Mart 2022 12:40

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Marneuli rayon şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsidnə 1977-ci il təvəllüdlü V.V. adlı şəxs saxlanılıb.

Bu barədə DİN-dən bildirilib.

Həmin şəxs soyğunçuluq törətdiyinə görə 2002-ci ildən axtarışda olub. O, Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ərazisində məhkum kimi həbs edilib və cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

Gununsesi.info