Gürcüstanın Azərbaycana olan borcu açıqlandı

  • By admin
  • 21 Noyabr 2019 08:40

Cari il noyabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana 6,874 milyon ABŞ dolları həcmində dövlət borcu var.

Gununsesi.org xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir.

Məlumatda deyilir ki, noyabrın 1-i tarixinə Gürcüstanın 5 419 812 milyon ABŞ dolları həcmində xarici dövlət borcu var. Bunun 5 212 904 milyon dolları hökumətin borcudur.

Qeyd edək ki, Gürcüstanın ən çox borcu olduğu ölkələr sırasında ilk üçlükdə Almaniya (315,251 milyon dollar), Fransa (234,0911 milyon dollar) və Yaponiya (215,366 milyon dollar) yer alıb.

Gununsesi.org