Gürcüstanın baş naziri “Gününsəsi”nin xəbərini təsdiqlədi - DƏMİR YOLLARI İLƏ SƏRNİŞİNDAŞIMA BƏRPA OLUNUR

Gürcüstanın baş naziri İrakli Kobaxidzə Gununsesi.info-nun Azərbaycanla bu ölkə arasında dəmir yolları vasitəsilə sərnişindaşımanın bərpa olunacağına dair xəbərini təsdiqləyib.

Belə ki, Kobaxidze, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyini deyib.

O, qeyd edib ki, Gürcüstan bu məsələdə göstərilən diqqət və dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır:

Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”.

Baş nazir vurğulayıb ki, Gürcüstan və Azərbaycan dost və tərəfdaş ölkələrdir və bu cür nəqliyyat əlaqələrinin inkişafı hər iki ölkə üçün faydalıdır.

Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək” – deyə Baş nazir Kobaxidze bildirib.

 

Gununsesi.info