Gürcüstanın baş naziri koronavirusla bağlı əhaliyə müraciət etdi – QONŞU ÖLKƏDƏ NƏLƏR BAŞ VERİR?

  • By admin
  • 27 Fevral 2020 14:04

“Gürcüstanda koronavirusla bağlı təşvişə heç bir əsas yoxdur”.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

O deyib ki, ötən gün yaradılan koordinasiya qrupu vəziyyəti tam nəzarətdə saxlayır.

Baş nazir qeyd edib ki, hökumətin qərarı ilə ötən gün İrana quru yolla gediş-gəliş məhdudlaşdırılıb.

Gununsesi.org