Gürcüstanın baş naziri Münhendə Saakaşviliyə görə çətin suallar qarşısında qalıb

  • By admin
  • 23 Fevral 2023 12:15

Gürcüstanın baş naziri  İrakli Qaribaşvili 59-cu Münxen Təhlükəsizlik Konfransında sabiq prezident Mixail Saakaşvilinin durumuna görə sərt suallar qarşısında qalıb.

Gürcü liderinə ölüm ayağında olan Saakaşvili barəsində nə düşünməsi soruşulub.

HTML tutorial

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Qaribaşvili eks-prezidenti “artist” adlandırıb.

O, bildirib ki, Saakaşvili Gürcüstanda hakimiyyətə qarşı itaətsizlik yaratmaq planı ilə ölkəyə gəlib: “O, inqilab etmək istəyirdi”.

Eks-prezidentin səhhətinə gəlincə, baş nazir deyib ki, ona ən yüksək səviyyədə tibbi xidmət var: “Saakaşvili ən müasit tələblərə cavab verən özəl xəstəxanada müalicə alır. O azadlıqda olsa da eyni tibbi xidmət alacaq. Bu gün ona qarşı hər hansı bir neqativ münasibət yoxdur. Müalicəsini istədiyi kimi davam etdirir”.

 

Mais

Gununsesi.info