Gürcüstanın baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürüldü

  • By admin
  • 01 Fevral 2024 15:30

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının hazırkı sədri İrakli Kobaxidzenin ölkənin baş naziri postuna namizədliyi irəli sürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Məlumata görə, Kobaxidzenin namizədliyi hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının fevralın 1-də keçirilən qurultayında irəli sürülüb.

Gürcüstan hökumətinin başçısı postu İrakli Qaribaşvili istefa verdiyini və hakim partiyanın sədri olmaq niyyətini elan etdikdən sonra boş qalıb. Beləliklə, Qaribaşvili və Kobaxidze faktiki olaraq öz mövqelərini dəyişiblər.

İrakli Kobaxidzenin 46 yaşı var, təhsili hüquqşünasdır. 2021-ci ilin yanvarından “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədridir.

Gununsesi.info