Gürcüstanın dövlət borcu kəskin artdı

Gürcüstanın xarici dövlət borcu 2,1 milyard dollar artaraq 7,8 milyard dollara çatıb. Bu son illər ərzində ən böyük göstəricidir.

Gununsesi.info xəbər verir ki, Gürcüstanın ən çox borcu olan kredit təşkilatları sırasında Asiya İnkişaf Bankı birinci yerdədir.

HTML tutorial

Ölkənin bu banka 1,7 milyard dollar borcu var.

İkinci yerdə 1,1 milyard dollarla Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, üçüncü yerdə isə 906 milyon dollarla Beynəlxalq İnkişaf Agentliyi dayanır.

Artımın əsas səbəblərindən biri koronavirusa qarşı mübarizə və pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması məqsədilə beynəlxalq kredit təşkilatlarından alınan borcdur.

Gununsesi.info