Gürcüstanın dövlət naziri ölkənin müsəlman icmasını təbrik etdi

  • By admin
  • 13 May 2021 20:52

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani ölkənin müsəlman icmasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Bu barədə Gununsesi.info-ya nazirlikdən məlumat verilib.

Nazirin təbrik məktubunda Ramazan bayramının məziyyətlərindən söz açılır, bu bayramın bolluq, əmin-amanlıq, eyni zamanda ruhun təmizlənməsi bayramı olduğu qeyd edilir.

Gürcüstanda dini tolerantlığın hökm sürdüyünü vurğulayan nazir, ölkədəki müsəlman icmasının vətəndaş bərabərliyinin təmin olunmasına böyük töhfə verdiyini xüsusi qeyd edib.

Gununsesi.info