Gürcüstanın keçmiş Baş Naziri və keçmiş Daxili İşlər naziri Vano Merabişvili 6 il 9 ay davam edən həbs müddətindən sonra azadlığa çıxıb.
Gununsesi.org-un “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, Merabişvilini həbsxana qarşısında “Milli Hərəkat”, “Avropa Gürcüstanı” və bir sıra digər müxalifət partiyalarının liderləri və fəalları qarşılayıb.
Xatırladaq ki, Merabişvili 2013-cü ilin mayında həbs edilib. Ona qarşı 6 cinayət işi üzrə ittiham qaldırılıb.
Eks-Baş Nazir şərabçılıq zavodunu qanunsuz ələ keçirməkdə, 26 may 2011-ci ildə Tiflisdə mitinqi dağıtmaqda, 2012-ci il parlament seçkilərindən əvvəl seçicilərə rüşvət verməkdə, 2005-ci ildə deputat Valeriy Qelaşvilinin döyülməsində və 2006-cı ildə Sandro Qirqvilianinin öldürülməsində təqsirli bilinib.