Gürcüstanın hakim partiyası Ermənistana hərbi sursatın çatdırılması məsələsinə münasibət bildirib

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü, vitse-spiker Gia Volski Azərbaycan mətbuatının Ermənistana silah-sursatın ölkə üzərindən çatdırılmasına dair yaydığı məlumatlara münasibət bildirib.

Gununsesi.org “Report”a istinadla xəbər verir ki, o, jurnalistlərə açıqlamasında həmin informasiyaları şayiə adlandırıb.

“Bu məlumatlar rəsmi deyil, bir konkret media tərəfindən yayılan şayiədir. Gürcüstanda da bu şayiəni təkrarlamağa sevinən KİV-lər var”, – o qeyd edib.

 

 

Gununsesi.org